reklam
Harri Lineker efirə lüt çıxacağına söz verdi
Sportfm.az xəbər saytı

Harri Lineker efirə lüt çıxacağına söz verdi


Elə komandalar var ki, oynadığı futbolun keyfiyyətinə görə pərəstişkarları gündən-günə artır. Ötən il gözlənilmədən İngiltərə çempionu olan "Lester"in də xeyli neytral azarkeşi var. Sportfm.az xəbər verir ki, İngiltərə futbolunun canlı əfsanələrindən biri Harri Lineker də "Lester" heyranıdır. O, bu klubun yetirməsi olub və hazırda da fəxri prezidentdir. Lineker şəxsi Tvitter hesabından maraqlı paylaşım edib: "Lester" titulunu qorusa, "Match of the Day" verilişinin növbəti mövsümdə ilk buraxılışına lüt çıxacam. Şirer və Rayti də çubuqla məni döyərlər".
Xatırladaq ki, ötən ilin dekabrında Lineker "Lester" çempion olacağı təqdirdə, verilişə alt paltarı ilə çıxacağına söz vermişdi. Klaudio Ranyerinin komandası yekunda qızıl medalları qazandı və Lineker də sözünün üstündə durdu.
İngiltərə Premyer Liqasının son turunda "Lester" doğma divarlar arasında "Vest Bromviç"ə boyun əyib (1:2). 13 turdan sonra lider "Liverpul"dan 14 xal geri qalan "Tülkülər" turnir cədvəlində 14-cü pilləyə düşüb.

Oxşar xəbərlər

"Lester" Premyer Liqaya qayıtdı
Qvardiolanı Ferqyusonla müqayisə etdi - FOTO
"Lester"in oyunçusu Afrikanın ən yaxşısı seçildi
“Lester” Linekeri soyundurdu - VİDEO
"Lester"dən rəsmi transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər