"Qarabağ"ın daha bir futbolçusu İtaliyaya transfer olunur
"Qarabağ" ın fransalı legioneri Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" Mərakeş əsilli belçikalı futbolçunun transferində maraqlıdır.
Hazırda B Seriyasında turnir cədvəlinə başçılıq edən komanda növbəti mövsümdən A Seriyasında çıxış etməyə real namizəddi. Bu səbəbdən, yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Benevento" "Qarabağ"ın 26 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Rerrasın əsas heyətinə düşə bilmədiyi Ağdam təmsilçisi ilə sözləşməsi iyunadək nəzərdə tutulub. Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klubları da maraqlanır.
Qeyd edək ki, Rerras "Qarabağ"a ötən ilin yayında transfer olunub.
Oxşar xəbərlər
"Qarabağ"dan ayrılan futbolçu Mərakeş klubunda - 3 illik müqavilə
"Qarabağ"dan ayrılan futbolçu Azərbaycanı tərk etdi
Abdullah Zubir Yunanıstana gedir
“Qarabağ”ın futbolçusu İsveç klubunda!
"Qarabağ"ı tərk edən futbolçu İtaliya klubuna keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
“DH Volley” mübarizəyə başlayır - Çelenc Kuboku
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası















Misli Premyer Liqası