"Qəbələ" ilk oyununu keçirəcək
Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah toplanış çərçivəsində ilk oyununu keçirəcək.
Sportfm.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yoxlama görüşündə Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Budapeşt təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
132 yaşı olan Budapeşt təmsilçisinin əsası 1888-ci ildə qoyulub. Paytaxt klubu 23 dəfə Macarıstan çempionu olub, 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. MTK 1963-1964-cü illər mövsümünün UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsümü uğursuz keçirən komanda yüksək dəstədə 11-ci yeri tutaraq 2-ci liqaya yuvarlanıb. Cari çempionatın 20 matçında 46 xal toplayan MTK qış fasiləsinə yarışın lideri kimi yollanıb.
Oxşar xəbərlər
"Qəbələ" Türkiyədə son sınağına çıxır
"Qəbələ"dən böyük hesablı qələbə
"Qəbələ" MTK-dan üstün oldu
"Qəbələ"nin sonuncu oyununun vaxtı açıqlandı
Rauf Əliyev qol vurdu, "Qəbələ" uduzmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası