“Qızıl top"u qazanan futbolçu Trampa səsləndi:"Müharibə ilə lovğalanma"
ABŞ yığmasının futbolçusu və qadınlar arasında “Qızıl top" mükafatına layiq görülmüş Meqan Rapino Birləşmiş Ştatların prezidenti Donald Trampı İrana hücümla bağlı tənqid edib.
Sportfm.az xəbər verir ki, qadın futbolçu ABŞ dövlət başçısını müharibədən çəkinməyə çağırıb.
O, prezidentin müharibə ilə bağlı fikirlərini pisləyib.
"Silahla birlikdə biz həmçinin insanlarımızı da göndərəcəyik. Onların əksəriyyəti gənc olacaqlar (amma şübhəsiz ki, sənin uşaqların yox). Sən həqiqətən anlayırsan ki, danışırsan? Heç vaxt müharibə ilə lovğalanma Tramp, çünki bu o deməkdir ki, amerikalılar öləcəklər", - deyə futbolçu bildirib.
Daha əvvəl Donald Tramp özünün “Twitter”dəki səhifəsində yazıb: "Birləşmiş Ştatlar hərbi texnikaya iki trilyon dollar xərcləyib. Bizim dünyada ən böyük və ən yaxşı ordumuz var! Əgər İran Amerika bazasına və ya istənilən başqa amerikalıya hücum etsə, biz yeni gözəl silahla hərbi hissəni göndərəcəyik … və tərəddüdsüz!"
Oxşar xəbərlər
Tramp futbola baxmayacaq - Boykot etdi
Trampa "İran agenti olan "Barselona"nın baş məşqçisini şikayət etdilər" - "Uyğun davranın"
Braziliya millisinin baş məşqçisi Trampa cavab verdi: Tarixi yaxşı oxusun...
FIFA prezidenti ABŞ-ın dövlət başçısına qırmızı kart hədiyyə etdi
Maradona Trampı "kukla" adlandırdığına görə ABŞ-a buraxılmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası