reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" 100-lükdə


UEFA Çempionlar Liqasında 1955-2019-cu illərdə əldə olunan nəticələrə əsasən  klubların reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, ardıcıl altı ildir ölkəmizi qitənin ən nüfuzlu klub tirnirində təmsil edən “Qarabağ” 510 klub arasında ilk 100-lükdə yer alıb.

Ötən il 100-cü olan Ağdam klubu  16 pillə irəliləyib. ÇL-in 64 illik tarixi ərzində 5-i təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 6 dəfə turnirdə iştirak edən “Qarabağ” 41 xalla 84-cü pillə qəraraşıb.
Çempionlar Liqasında 36 oyun keçirən Qurban Qurbanovun komandası bu matçların 14-də qalib gəlib, 13-də heç-heçə edib, 9 görüşdə isə uduzub.
“Qarabağ” “Lokomotiv” (Moskva, 97-ci yer), “Astana” (106), “Vilyareal” (111), “Atletik” (114), “Trabzonspor” (116), “Ştutqart” (118), “Nyukasl” (119),  “Real Sosyedad” (127), “Aston Villa” (128),  “Volfsburq” (139) kimi klubları geridə qoyub.
Qeyd edək ki, Çempionlar Liqasın tarixində ən çox  - 437 oyun keçirən “Real”  600 xalla reytinqə başçılıq edir. “Bavariya” (474 xal) ikinci, “Barselona” isə (446 xal) 3-cü yerdədir.

Oxşar xəbərlər

"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
"Qarabağ" "Qalatasaray"ı keçdi - 7 pillə irəlilədi
“Qarabağ” Türkiyə klublarını qabaqladı - UEFA reytinqi
Azərbaycan klubları ÇL-nin tarixi reytinqində - SİYAHI
Azərbaycan klubu 2 pillə irəlilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər