Azərbaycan Premyer Liqasının ən gənc komandası bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ilk yarısının ən yaşlı yaşlı və gənc komandaları bəlli olub.
Sportfm.az xəbər verir ki, çempionatın ən gənc kollektivi "Sumqayıt"dır. Ayxan Abbasovun baş məşqçi olduğu komandanın yaş ortalaması 24,924-ə (24 yaş, 9 ay, 24 gün) bərabərdir.
Premyer Liqanın ən yaşlı heyəti isə "Keşlə"yə məxsusdur. Paytax klubunda bu göstərici 27,46 yaşdır.
Azərbaycan Premyer Liqasının ümumi yaş ortalaması isə 26 yaş 6 ay 20 gündür.
| № | Klub | Orta təvəllüd | Meydana çıxan futbolçuların sayı |
| 1. | "Sumqayıt" | 20.02.1995 | 24 |
| 2. | "Qəbələ" | 22.02.199 | 21 |
| 3. | "Sabah" | 17.11.1993 | 22 |
| 4. | "Səbail" | 27.02.1993 | 24 |
| 5. | "Neftçi" | 30.10.1992 | 21 |
| 6. | "Zirə" | 11.08.1992 | 20 |
| 7. | "Qarabağ" | 22.07.1992 | 22 |
| 8. | "Keşlə" | 08.07.1992 | 19 |
Araşdırma 2019/2020 mövsümümün ilk yarısında meydana çıxan futbolçulara əsasən aparılıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 16-da start verilib. Çempionatın ilk yarısı dekabrın 14-də başa çatıb.(report.az)
Oxşar xəbərlər
"Qarabağ" - "Neftçi" matçı rəqəmlərin gözü ilə - STATİSTİKA
Azərbaycan Premyer Liqası - 25 yaş 233 gün
Premyer Liqamızın ən gənc komandası - SİYAHI
“Neftçi”nin məhsuldarlıq rekordları
Mövsümün son turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası