reklam
İdmançılarımızın dopinq-testlərinin 2,7 faizi müsbət nəticə verdi
Sportfm.az xəbər saytı

İdmançılarımızın dopinq-testlərinin 2,7 faizi müsbət nəticə verdi


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2018-ci ildə 999 test götürüb.

Sportfm.az xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) hesabatında bildirilir. Bu testlərdən 2,7 faizi müsbət nəticə verib.

2018-ci ildə ən çox testi Almaniya Milli Antidopinq Agentliyi götürüb. 14 963 testdən 0,3 faizində müsbət nəticə qeydə alınıb.

Qeyd edək ki, WADA-nın hesabatına əsasən, 2017-ci ildə Azərbaycanın 32 idmançısı qayda pozuntusuna yol verib. Ağırlıqqaldırmada 9, güləşdə 6, velosiped idmanında 4, atletika və bodibildinqin hərəsində 3, həndbol və cüdonun hərəsində 2, amerika futbolu, boks və karatedə isə 1 idmançının dopinq-testi müsbət nəticə verib. İki nəfər isə testdən imtina edib.

Oxşar xəbərlər

"İdmançılarımız Tokioya təmiz yollanıblar” - AMADA-nın rəhbəri
İdmançımız 12 illik diskvalifikasiya olunub
Azərbaycanda daha bir təhlükə - maddələrin istifadəsi yayılıb
Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
İdmançılarımızın bəzilərində dopinq aşkarlandı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər