reklam
Sportfm.az xəbər saytı

"Ajax" Bakıda vahid lider oldu


Futzal üzrə Birinci Liqada XVII turun 5 oyunu keçirilib. Sportfm.az xəbər verir ki, gənclərin üz-üzə gəldiyi il matçda cütün qalibi “Baku Fire-2” olub. ADBTİA isə gözlənildiyi kimi 3 xalı böyükhesablı qələbə ilə əldə edib. Turun üçüncü oyunu gərgin keçib. Fasiləyə qədər cəmi 1 qol vurulub ki, bunu da “Yasamal” İSK-2 penlti zərbəsindən reallaşdırıb. İkinci hissədə isə qapılara qol vurulmadı. Təbii ki, günün, hətta turun mərkəzi oyunu daha çox diqqət kəsb edirdi. Eyni sayda xala malik olan və turnir cədvəlində ilk iki pilləni bölüşən komandaların duelində qələbə qazanacaq tərəf vahid lider olacaqdı. Hər iki komanda “AjaxBaku”nun üzvü Vüsal İsayevin atasının vaxtsız vəfatı ilə əlaqədar meydana qollarında qara sarğı ilə çıxmışdı. Oyunda hesabı “Standard” açdı. Amma “Ajax Baku ” ardıcıl iki qol vurmaqla hesabı lehinə dəyişdi. Ancaq Qaraxanov cərimə zərbəsindən birbaşa qapını dəqiq nişan aldı. “Sülh” üzün çəkmədi. Əsgərin ayağının iç hissəsi ilə dirəyin dibinə ötürməsini Vüqar qapıdan keçirməklə “AjaxBaku”nu yenidən hesabda önə keçirdi. Qaraxanov növbəti dəfə status-kvonu bərpa etsə də, sona 7 saniyə qalmış Təmraz Əmircanov qələbə topunu vurdu. Düzdü, final fitinə 1 saniyə qalmış “Standard” 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazansa da, Pərviz bu dəfə komandasının imdadına yetmədi. Nəticədə qələbə qazanan “AjaxBaku” vahid lider oldu. Günün son matçında “Forza Neftçi” yenik duruma düşsə də, geridönüş etməyi bacardı. Hesabına daha 3 xal yazan fan-klub “Standard”la ikinci –üçüncü pilləni bölüşür.

 

Baku Fire-2 – Veqa 5:2

ADBTİA – Ulduz  8:1

Yasamal İSK-2 – Red Line 1:0

AjaxBaku – Standard 4:3

Star kargo – Forza Neftçi  3:7 

Turun digər oyunları dekabrın 18-də keçiriləcək.

U-19 – AzMİU

18 dekabr. Bakı İdman Sarayı. Saat 18:30

Hakimlər: Elman Musayev, Mahir Məmmədov, Vaqif Musayev

Çinar Cəbrayıl – Rayyan MFK

18 dekabr. Bakı İdman Sarayı. Saat 19:30

Hakimlər: Mahir Məmmədov, Vaqif Musayev, Elman Musayev

Metropoliten – Xızı Yasamal

18 dekabr. Bakı İdman Sarayı. Saat 20:30

Hakimlər: Azad Hüseynov, Hacıəli Ağayev, Vüsal Balaşov

Zəngilan – Zirvə Bakı

18 dekabr. Bakı İdman Sarayı. Saat 21:30

Hakimlər: Fuad Həsənov, Vüsal Balaşov, Hacıəli Ağayev

Baku Fans – Qarabağ Füzuli

18 dekabr. Bakı İdman Sarayı. Saat 22:30

Hakimlər: Fuad Həsənov, Azad Hüseynov, Vüsal Balaşov

 

Oxşar xəbərlər

Birinci Liqa, XIX tur: Oyun cədvəli
Birinci Liqa, XVIII tur: Təyinatlar
Birinci Liqa, XVIII tur: Oyun cədvəli
Birinci Liqada təyinatlar məlum oldu
XVII turun oyun cədvəli açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər