Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Skarlatake üçün bir ilk
Adrian Skarlatake “Zirə”də qol hesabını açıb.
Sportfm.az xəbər verir ki, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb. Bu, Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail”lə matçına təsadüf edib.
4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşünədək 39 oyunçu bunu bacarmışdı.
Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioner və ilk rumıniyalı oyunçudur. Bu 40 oyunçudan başqa, daha 5 rəqib futbolçu avtoqol müəllifi olub.
Oxşar xəbərlər
Səfərdə 70-ci, Qurbanovdan ilk
Rumıniyalı müdafiəçi Azərbaycan çempionatında rekordçudur
"Zirə"li Soni üçün əlamətdar oyun
“Zirə” tarixində 49-cu qolçu - FOTO
Kamal Mirzəyev “Zirə”nin tarixinə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası