Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nicat Süleymanovdan yubiley qolu
“Zirə” Azərbaycan Premyer Liqasında yubiley – 150-ci qolu vurub.
Sportfm.az xəbər ver, bu, 14-cü turun “Səbail”lə ev matçına təsadüf edib.
4:1 hesablı qələbə qazanan “qartallar”ın ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topa 20-ci dəqiqədə Nicat Süleymanov imza atıb.
Premyer Liqada 134-cü oyununu keçirən “Zirə” matçın sonunda qol sayını 152-yə çatdırıb. Komandanın orta məhsuldarlığı 1,13-ə bərabərdi. Bu qollardan 89-u evdə, 63-ü səfərdə vurulub.
2015-ci ildən Premyer Liqada çıxış edən “qartallar” 100-cü qolu da “Səbail”lə oyunda rəqib qapısından keçirib. 1-ci və 50-ci toplar isə AZAL-la görüşlərə təsadüf edib.
Oxşar xəbərlər
"Zirə"dən tarixi qol - 200
“Zirə”nin futbolçusundan yubiley qolu
"Zirə"nin Premyer Liqada 150-ci qolu
"Zirə"nin əlamətdar səfər oyunu
Yenə “Qarabağ”, yenə Mədətov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası