reklam
Sportfm.az xəbər saytı

"Neftçi" müqavimətlə üzləşdi, Kənan Manafov sensasiyaya imkan vermədi


Yüksək Liqada XI turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, turun son matçında “Neftçi” İK və “Yasamal” İSK dueli baş tutub. “Neftçi” 3-cü dəqiqədə hesabı açıb. Fasiləyə 9 saniyə qalmış “Yasamal” İSK tablodakı rəqəmləri eyniləşdirib. 25-ci dəqiqədə Emil Həsənzadə 6 metrlik zərbəni qolla tamamlaya bilməyib. Namaz İsmayılov toru geri qaytarmaqla komandasını ruhdan düşməyə qoymayıb. 27-ci dəqiqədə Vahib Xocayevin zərbəsi dirəyə tuş gəlib. “Neftçi” rəqibin müqavimətini növbəti dəfə 28-ci dəqiqədə qırıb. Bu dəfə Kənan Manafov fərqlənib. Bu oyunda vurulan sonuncu qol olub.

“Neftçi” İK – “Yasamal” İSK (1:1) 2:1

5 dekabr. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Fuad Həsənov

Qollar: Oruc Baxşəlizadə, 02:19, Kənan Manafov, 27:52 // İbad Məmmədov, 19:51

Sarı vərəqələr: Kamran Nəcəfzadə, 24:29, Elgün Abbaslı, 28:04, İbad Məmmədov, 31:43

Qırmızı vərəqə: İbad Məmmədov, 36:24 (ikinci sarı vərəqə)

İstifadə olunmamış penalti: Emil Həsənzadə, 24:29

Oxşar xəbərlər

Lənkəran klubu 22 top buraxdı
"Marafon"dan 5 qol, "Baku Fire"dan bərabərlik
Ölkə çempionu 19 saniyə dözə bilmədi
"Neftçi" uduzdu, EKOL-dan 16 qol
İranlı oyunçu "Neftçi"ni zirvəyə yüksəltdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər