reklam
100 milyonluq futbolçu dünyanın 1 nömrəli matçında meydanda olmayacaq!
Sportfm.az xəbər saytı

100 milyonluq futbolçu dünyanın 1 nömrəli matçında meydanda olmayacaq!


İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Eden Hazard “El Klassiko”nu buraxacaq.

Sportfm.az xəbər verir ki, UEFA Çempionlar liqasının qrup mərhələsinin beşinci turunda “Paris Sen-Jermen” komandası ilə matçın 68-ci dəqiqəsində zədələnən 28 yaşlı belçikalı yarımmüdafiəçinin ayağında mikro-qırıq olduğu müəyyənləşib.

Onun 6-8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu səbəbdən Eden Hazard qarşıdakı bir neçə oyunu, eləcə də, “Barselona” ilə “El Klassiko”nu buraxacaq. “Barselona” – “Real” qarşılaşması dekabrın 18-də “Nou Kamp”da keçiriləcək.

Qeyd edək ki, Kral klubunun bu yay “Çelsi”dən 100 milyon avroya transfer etdiyi futbolçu cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və cəmi 1 qol vurub.

Oxşar xəbərlər

“Real”da Benzema şoku - "El-Klassiko"nu buraxacaq
Hazard türk klubunun formasını geyinəcək - ŞOK AÇIQLAMA
Yay transfer pəncərəsinin ən bahalı transferi reallaşdı
Dünyanın ən bahalı futbolçularının adları məlum oldu - Ronaldo siyahıda yoxdur
"Qızıl top" mükafatının sahibi müəyyənləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər