reklam
“Neftçi” baxışa qvineyalı futbolçu dəvət etdi -
Sportfm.az xəbər saytı

“Neftçi” baxışa qvineyalı futbolçu dəvət etdi -FOTO


“Neftçi” klubu baxışa daha bir futbolçu dəvət edib. 

Sportfm.az xəbər verir ki, bu, qvineyalı Nabi Silladır. 21 yaşlı Silla hücumçudur. 

“Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib. 

Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Silla hazırda U-23-ün üzvüdür. Klubun məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqqında müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.

Oxşar xəbərlər

Gənc futbolçu oyun zamanı öldü - İnfarkt
“Neftçi”nin legioneri koronavirusa yoluxdu - Karantin alındı
“Qəbələ” heyətini Rodriqo ilə gücləndirdi - FOTO
Kane Bakıda məşqə çıxdı - FOTO
"Sabah" "Keşlə"dən ayrılan futbolçunu transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər