"Qəbələ" və "Neftçi"nin 51-ci dueli
Sabah Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçını “Neftçi”yə qarşı keçirəcək. “Qırmızı-qaralar” Bakıda qüvvəsini sınayacaq. Paytaxtın “Bakcell Arena” stadionunda baş tutacaq matç iki rəqib arasında 51-ci oyun olacaq. İndiyədək komandalar 50 dəfə üz-üzə gəliblər.
Bu qarşılaşmalarda 17 qələbə qazanıb, 12 heç-heçə edən “Qəbələ” 21 dəfə uduzub. 131 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdir – 67:64.
Əvvəlki 50 görüşdən 5-i Azərbaycan kuboku, 45-i Premyer Liqa çərçivəsində keçirilib. Çempionat matçlarında 16 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 20 dəfə məğlub olub. Bu qarşılaşmalarda komanda 57 qol vurub, 61-ni buraxıb.
25-ci dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfər oyunlarında üstünlüyə malikdir. Hər komandanın 9 qələbə qazanıb, 6 heç-heçə etdiyi görüşlərdə futbolçularımız 32 qol vurub, 29-nu buraxıb.
Oxşar xəbərlər
“Neftçi” ilə “Qəbələ”nin 62-ci dueli
"Qəbələ" - "Neftçi" - 56-cı duel
"Neftçi" - "Qəbələ": 55-ci oyun
31-ci dueldən kim qalib ayrılacaq?
"Qəbələ"nin "Keşlə" ilə 47-ci dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası