reklam
Sportfm.az xəbər saytı

"Feyenoord" klubu baş məşqçisiz qaldı


Hollandiyanın "Feyenoord" klubunun baş məşqçisi Yap Stam istefa verib.

Sportfm.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə bu addımı atıb.

Hollandiyalı mütəxəssis öllkəsinin mətbuata açıqlamasında bu qərarının hamı üçün yaxşı olacağını bildirib: "Çox düşünəndən sonra belə bir yekun qərara gəldim ki, getməyim həm klub, həm oyunçular, həm də mənim üçün daha yaxşı olar" - deyə o bildirib.
Qeyd edək ki, Stam bu ilin mart ayında "Feyenoord"da Covanni van Bronxorstu əvəzləmişdi. Onunla iki illik müqavilə imzalanmışdı. Komanda onun rəhbərliyi altında Hollandiya çempionatında keçirdiyi 11 oyundan sonra cəmi 14 xal toplayıb və 18 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Oxşar xəbərlər

De Byazi Azərbaycan yığmasından gedir - Açıqlama
Dik Advokat karyerasını başa vurur - Mövsümün sonunda
Millinin sabiq üzvü ABŞ klubunda
Azarkeşlər komandanın avtobusuna hücum etdi - FOTO
İlk iş yerində onu bəyənmədilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər