reklam
İdmançımız Avropa birinciliyində bürünc medal qazandı
Sportfm.az xəbər saytı

İdmançımız Avropa birinciliyində bürünc medal qazandı


Azərbaycan ağırlıqqaldıranı Elşad Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən yığma üzvü yaşı 23-ə qədər olan atletlərin mübarizəsində birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub. Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.

Bunadək Səbinə Əzimova anoloji uğura imza atıb.

Qeyd edək ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. 

Oxşar xəbərlər

İdmançımız qızıl medal qazandı
İdmançımız Avropa çempionatında 3 medal qazandı
Səbinə Əzimova bürünc medalı boynundan asdı - Buxarestdə
Millimiz Avropa birinciliyində ilk medalını qazandı
Atletimiz Avropa üçüncüsü oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər