reklam
Sportfm.az xəbər saytı

"Traktor"un futbolçusu cəzalandı -"Barış pınarı"na görə


İran Futbol Federasiyası "Barış Pınarı"na dəstək olduğu üçün "Traktor"un üzvü Mehdi Bebrini cəzalandırıb.

Sportfm.az xəbər verir ki, federasiya açıqlamasında Təbriz klubunun futbolçusu ilə bağlı bunları qeyd edib:

"Traktor"un üzvü Mehdi Bebri idmanla əlaqəsi olmayan davranışına görə bir müddət futboldan uzaqlaşdırılıb". 

Bebri "Instagram"da hekayə bölümündə Türkiyə bayrağını paylaşmışdı. Onu bu paylaşıma görə təhqir edən "Sanat Naft Abadan"ın futbolçusu Şirvan Qurbani də futboldan kənarlaşdırılıb. 

Mehdi Bebri Türkiyə bayrağını paylaşdığı üçün çoxlu təhdidlər alıb.

Daha öncə Almaniyanın "Sankt-Pauli" klubunun futbolçu Cenk Şahin Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduğu üçün klubdan göndərilmişdi. O, "Başakşəhər" klubunda məşqlərə başlayıb.

 

Image result for mehdi bebri kimdir türk askerini paylaştı

Oxşar xəbərlər

"Traktor" 3-cü pilləyə yüksəldi
Təbriz təmsilçisi 3 qolla qalib gəldi
Türk futbolçunun paylaşımına görə komandadan qovdular - FOTO
Kristof Daum əsgər salamına etiraz edənlərin cavabını verdi
İran klubu "Sülh Çeşməsi"ni dəstəkləyən futbolçuya sahib çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər