reklam
Cüdo abidəsinin açılış mərasimi keçirildi -
Sportfm.az xəbər saytı

Cüdo abidəsinin açılış mərasimi keçirildi -FOTO


İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Cüdo Federasiyasının rəhbəri Marius Vizer, Avropa Cüdo İttifaqına başçılıq edən Sergey Soloveyçik, Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev və tanınmış idman xadimləri iştirak ediblər.

Açılış mərasimində T.Bax və M.Vizer çıxış edərək idmanın bu növünün tarixindən və populyarlığından bəhs ediblər. Sonra onlar abidənin üzərindən ağ örtüyü götürüblər.

Mərasim çərçivəsində R.Abdullayevin T.Bax və M.Vizer ilə görüşlərində Azərbaycanda idmanın, o cümlədən cüdonun inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü - Antalyada
Dünya çempionatının bayrağının ötürülməsi mərasimi keçirildi
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi
Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib
“Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər