Qurban Qurbanova Moskva “Spartak”ından təklif
Xəbər verdiyimiz kimi, Moskvanın "Spartak" klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.
Klub yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportfm.az xəbər verir ki, klub rəhbərliyi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.
Məlumata görə, "Spartak"ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar Qurbanovun məsələyə münasibətini öyrənmək istəyiblər.
Məlumatda bildirilir ki, "Spartak" rəhbərliyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.
"Spartak" rəhbərliyində təmsil olunan bir neçə şəxs Qurbanovun oyun fəlsəfəsini bəyənir və bunun "Spartak"a uyğun olduğunu düşünür. Üstəlik, həmin şəxslər Qurbanovun futbolçu kimi Rusiya çempionatında çıxış etməsini də əsas gətirərək, onun ölkə futboluna yad sima olmadığını qabardırlar.
Məlumatda bildirilir ki, Qurbanov razılıq verəcəyi təqdirdə, "Spartak"ı qış fasiləsinə, ya da mövsümün sonuna qədər müvəqqəti baş məşqçi çalışdıra bilər. Qurbanovun bu təklifə münasibəti barədə isə məlumat verilmir. (Sportinfo.az)
Oxşar xəbərlər
"Spartak"a yeni baş məşqçi - Təyinat
Qurban Qurbanovun 12-ci ili
Qurban Qurbanov Türkiyə Super Liqasına yollanır? - Təklif
"Spartak"ın baş məşqçisi istefa verdi
“Spartak”ın yeni baş məşqçisi bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Messi və Rodri bu üzükdən taxa bilər - FOTO
-
"Turan" Türkiyədə bərabərə qaldı - Yoxlama oyunu
-
Nazirlik balıq ovu festivalı keçirdi - FOTO
-
Komandamızın avrokubok matçını ona həvalı etdilər - FOTO
-
Kubokun finalı bu tarixdə olacaq - Açıqlama
-
“Neftçi” – “Dinamo” matçı kiprli hakimə tapşırıldı - Konfrans Liqası













Misli Premyer Liqası