"Səbail"in futbolçusu millinin düşərgəsini tərk etdi
Moldova millisinin baş məşqçisi Semyon Altman "Səbail"in yarımmüadfiəçisi Yevgeni Koçukun yığmaya çağırılmamasının səbəbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 73 yaşlı ukraynalı mütəxəssis Koçukun ötən toplanış yığmanın düşərgəsini özbaşına tərk etdiyini deyib.
- Yevgeni Koçukla Ketelin Karp millidən imtina edib?
- Yevgeni Koçukun milli komandada oynamağı rədd etdiyini eşitməmişəm. O, ötən toplanışda millinin düşərgəsini özbaşına tərk etdi və buna görə dəvət almadı. Ketelin Karp isə açıqlama verib. O, açıqlamasını bu iki oyuna dəvət almadığı üçün verdi. Dediklərini oxumusuz? Mən buna şərh vermək istəmirəm.Karpın millini rədd etdiyini söyləyə bilərik və bu diqqətə alınmalıdır. Komanda tək məndən deyil, futbolçular, məşqçilər və federasiya rəhbərliyindən ibarətdir. Şəxsi əlaqələri kollektiv üzərinə yönəltmək imkansızdır.
- Koçuk meydanda daha çox olmaq istədiyi üçün belə addım atıb?
- Koçukla görüşmək üçün zamanım olmadı. İslandiyaya gedəndə onu yaxından izlədim. Daha sonra Azərbaycanda işlərinin olduğunu əsas gətirərək getdi.
Oxşar xəbərlər
"Gənclərbirliyi"nin sabiq baş məşqçisi dünyasını dəyişdi - 60 yaşında
"Səbail"i daha iki futbolçu tərk etdi
"Səbail"in futbolçusu milli komandada
Övladı oldu, dünya çempionatını tərk etdi
Ruslan Abışov millinin düşərgəsini niyə tərk etdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası