Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan döyüşçüsü dünya kubokunun qalibi oldu -FOTO
Azərbaycan idmançısı Nihat Tağızadə Rusiyanın Anapa şəhərində keçirilən kikboksinq üzrə Daimond dünya kuboku yarışlarının qalibi olub.
Sportfm.az xəbər verir ki, turnirdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlı idmançımız WAKO versiyası üzrə yarışlarda bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı idmançını məğlub edən N.Tağızadə dünya kubokuna sahib olub.
Turnirdə 28 ölkədən döyüşçülər birincilik uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, N.Tağızadə “Qızıl əlcək” idman klubunun üzvüdür.
Oxşar xəbərlər
Bir güləşçimiz erməniyə qalib gəldi, digəri uduzdu
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi oldu - FOTO
Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazandı
Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib
Sumqayıtdakı K-1 beynəlxalq turnirinə yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası