Salaha verilən səslər niyə qeydə alınmayıb? -FİFA açıqladı
FIFA "Liverpul"un və Misir millisinin hücumçusu Məhəmməd Salahın "The Best" mükafatında səslərinin nəzərə alınmamasının səbəblərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, qurum Misir Futbol Federasiyasının şikayətinə rəsmi cavab verib. Səsvermədə imzaların böyük hərflərlə yazılmasına görə, sənədlər etibarsız sayılıb. Bundan əlavə, sənədi Misir Futbol Federasiyanın baş katibinin imzalamadığı vurğulanıb.
FIFA Misir Futbol Federasiyasından sənədlərin doğru doldurulması üçün avqustun 19-dək vaxtlarının olduğunu xatırladıqlarını qeyd edib.
FIFA-nın "The Best" mükafatını "Barselona"nın argentinalı hücumçusu Lionel Messi qazanıb.
Daha öncə Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini açıqlamışdı.
Oxşar xəbərlər
Salahın son durumu açıqlandı - Simptomları yoxdur
FİFA Salaha verilən səsləri “oğurladı”
Salahın narazılığının əsl səbəbi məlum oldu
Salah Dünya Çempionatında oynaya biləcəkmi?
Misir çempionatının oyunları Salaha görə təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası