reklam
FİFA və UEFA nümayəndələri danışılmış oyunlara görə Bakıya gəldi -
Sportfm.az xəbər saytı

FİFA və UEFA nümayəndələri danışılmış oyunlara görə Bakıya gəldi -FOTO


AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

Sportfm.az xəbər verir ki, iki gün davam edən görüşdə FİFA nümayəndəsi Stephanie Eichenberger, UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, polis, prokurorluq, Azərbaycan Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar.

FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Oxşar xəbərlər

Rusiya Futbol İttifaqının rəsmisi AFFA-da - FOTO
Danışılmış oyunlarla bağlı görüş keçirildi
Azərbaycanlı hakimlərə danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
Birinci divizion klublarına danışılmış oyunlarla bağlı yeni təklif - FOTO
AFFA-da danışılmış oyunlar barədə görüş keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər