reklam
Cənubi Amerika Kubokunda ilk finalçı müəyyənləşdi
Sportfm.az xəbər saytı

Cənubi Amerika Kubokunda ilk finalçı müəyyənləşdi


Ekvadorun “İndependyente del Valye” klubu Cənubi Amerika Kubokunda finala yüksəlib.

Sportfm.az xəbər verir ki, Sanqolki şəhərini təmsil edən komanda evdə Braziliya “Korintians”ı ilə keçirdikləri cavab yarımfinal oyununda 2:2 hesablı heç-heçə etməklə buna nail olub. Səfərdə 2 cavabsız qolla qalib gələn ekvadorlular həlledici matça vəsiqə qazanıblar.

Digər finalçı “Kolon” (Argentina) – “Atletiko Mineyro” (Braziliya) duelinin qalibi olacaq. Argentinalılar evdə keçirdikləri ilk görüşdə 2:1 hesabı ilə qalib gəliblər. Cavab qarşılaşması sentyabrın 27-də olacaq.

Qeyd edək ki, 2002-ci ildən keçirilən Cənubi Amerika Kubokunun ən titullu komandaları “Boka Xuniors”la “İndependyente”dir. Argentina təmsilçiləri hərəyə 2 dəfə yarışın qalibi adını qazanıblar. Hazırkı yarımfinalçılardan heç biri indiyədək bu titulu əldə etməyib.

Oxşar xəbərlər

Superkubokunun qalibi oldular - Cənubi Amerika
Argentina millisi İtaliyanı geridə qoydu - SİYAHI
Braziliya finalda - Amerika kuboku
Messinin het-triki sayəsində Argentina Rusiyaya bilet sifariş etdi
Amerika kubokunda finalçılar müəyyənləşdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər