reklam
Rusiya futbol üzrə dünya çempionatından kənarda qala bilər!
Sportfm.az xəbər saytı

Rusiya futbol üzrə dünya çempionatından kənarda qala bilər!


Rusiyanın futbol üzrə milli komandasının Qətərdə keçiriləcək növbəti dünya çempionatından kənarda qalması mümkündür. Bu haqda “The Telegraph” qəzeti yazıb.

 

Sportfm.az xəbər verir ki, Rusiya Futbol İttifaqı dərhal məsələyə münasibət bildirib. Qurumun ictimaiyyətlə əlaqələr departamentinin direktoru Kirill Melnikov FİFA, UEFA və WADA (Ümumdünya Antidopinq Agentliyi) ilə problem yaşamadıqlarını bildirib.

“The Telegraph” materialı Rusiya ilə bağlı dopinq qalmaqalları motivi əsasında hazırlayıb. Qəzetin yazdığına görə, qonşu ölkə təkcə olimpiadadan yox, başqa beynəlxalq turnirlərdən də kənarlaşdırıla bilər. Həmin başqa turnirlərin arasında futbol üzrə dünya çempionatının da adı çəkilib.

WADA-nın Moskva antidopinq laboratoriyasının mütəxəssislərinin aldığı növbəti nəticələr Rusiya tərəfi üçün yaxşı gələcək vəd etmir. Beynəlxalq antidopinq təşkilatından Conatan Teylor deyib ki, Rusiyadan məntiqli açıqlama gözləyirlər.

Oxşar xəbərlər

Rusiya dünya çempionatından məhrum edildi - Dopinqə görə
Rusiya DÇ-2022-də iştirak etməyəcək
RUSADA-nın sanksiyalara etiraz etmək qərarı diqqətə alındı
Rusiyaya beynəlxalq idman tədbirləri qadağan edilə bilər - ŞOK
Rusiya Avropa Çempionatından kənarda qala bilər! - Sensasiya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər