Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
APOEL - "Qəbələ" matçının hakimləri açıqlandı
UEFA Gənclər Liqasının I raundunun ilk mərhələsi çərçivəsində keçiriləcək APOEL (Kipr) - "Qəbələ" matçının hakim təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, Nikosiyada keçiriləcək matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Furkat Atacanov olacaq. Denis Labaşyov və Sergey Kalaçyov baş hakimə kömək edəcək. UEFA nümayəndəsi Vasko Doyçinovski (Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq. Dördüncü hakim funksiyasını isə kiprli referilərdən biri yerinə yetirəcək.
APOEL - "Qəbələ" görüşü oktybarın 2-si Bakı vaxtı ilə 18:00-da başlayacaq. Cavab oyunu oktyabrın 24-ü Qəbələdə keçiriləcək.
Oxşar xəbərlər
“Qəbələ”nin Avropadakı matçının hakimləri bilindi
"Qəbələ" UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək
"Qarabağ" - APOEL oyununa hakim təyinatları açıqlandı
"Herta" - "Qəbələ" matçının hakimləri açıqlandı
“Proqres”–“Qəbələ” oyunu şimali irlandiyalı hakimlərə həvalə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası