Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın Danisi Avroliqanın ən yaxşı futbolçusu oldu
"Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusunu seçilib. Sportfm.az UEFA-nın rəsmi saytında istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda 69% səs toplayan ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb. O, Kevin Monne Poke ("Sent-Etyen”, 8%), Viktor İbarbo ("Panatinaykos”, 8%), Pol Poqba ("Mançester Yunayted”, 7%), Raul Rusesku ("Osmanlıspor”, 4%), Antonio Kandreva ("İnter”, 2%), Yevgeni Konoplyanka ("Şalke”, 2%) və Nikola Kaliniçi ("Fiorentina”, 1%) böyük səs çoxluğu ilə geridə qoyub.
Qeyd edək ki, "Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən 29 yaşlı futbolçu oyunda ilk qolun müəllifi olub.
Oxşar xəbərlər
Zubir Avroliqanın ən yaxşısıdır
Həftənin ən yaxşı futbolçusu adına namizədlər - Çempionlar Liqası
"Qarabağ"ın futbolçusu Avroliqanın ən yaxşı futbolçusu oldu
Avropa Liqasında həftənin ən yaxşı futbolçuları bəlli oldu
Azarkeşlər Çempionlar Liqasının ən yaxşısını seçdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası