reklam
Bu gün üç boksçumuz dünya çempionatında mübarizə aparacaq
Sportfm.az xəbər saytı

Bu gün üç boksçumuz dünya çempionatında mübarizə aparacaq


Sentyabrın 15-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında üç boksçumuz onaltıdabir final mərhələsində çıxış edəcək.

Sportfm.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev türkmənistanlı Yazmurat Qurbanov ilə qarşılaşacaq. Digər boksçularımız Alfonso Dominqes (81 kq) İspaniya təmsilçisi Qazimaqomed Calidovla, İsmayıl Yaqubov (91 kq) isə Ukrayna təmsilçisi Marat Qriqoryanla döyüşəcək.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı "EXPO Arena"da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Oxşar xəbərlər

Boksçularımız Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
Daha iki boksçumuz 1/8 finala çıxdı
Boksçularımızın dünya çempionatında ilk rəqibləri məlum oldu
Boksçularımız dünya çempionatında tam heyətlə çıxış edəcəklər
Boksçularımızın ilk rəqibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər