reklam
Dünya kubokunun ikinci gününə start verildi -
Sportfm.az xəbər saytı

Dünya kubokunun ikinci gününə start verildi -FOTO


Sentyabrın 14-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda keçirilən 7-ci arena polo üzrə dünya kubokunun ikinci gününə start verilib.

Sportfm.az xəbər verir ki, günün ilk görüşü İsveçrənin “Evviva Polo Club St. Moritz” və Almaniyanın “Los Nocheros Polo Club Münster” komandaları arasında oynanılıb. Görüş Almaniya poloçularının 9:8 hesablı qələbəsi ilə başa çatıb. Bu Almaniya təmsilçilərinin turnirdə ilk qələbəsi olub. “Evviva Polo Club St. Moritz” ötən gün ilk oyunda Rusiyanın “Planernaya Polo Club Moscow” komandasına 7:9 hesabı ilə məğlub olub. İsveçrə poloçuları isə Azərbaycan təmsilçisi - “Elite Horse & Polo Club Baku” komandasına böyük hesabla uduzub – 3:11. (Azertag.az)

Oxşar xəbərlər

Azərbaycan komandası Dünya Kubokunun qalibi oldu - FOTO
“Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək
Yığmamız Almaniya ilə finalda oynayacaq
Azərbaycanın polo komandası Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi olub
Polo üzrə Dünya Kubokuna həsr olunan mətbuat konfransı açıq havada keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər