Qaret Beyl yığmamızın üzvlərindən kimin formasını istədi?
“Uelsdə öz qapımızda vurduğumuz da daxil olmaqla iki qəribə qol buraxaraq uduzduq. Bu, çox üzücü idi”.
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində Uelsə səfərdə 1:2 hesablı məğlubiyyəti şərh edərkən tag24.de saytına deyib.
Almaniyanın “Aue” klubunda çıxış edən 29 yaşlı hücumçu final fitindən sonra rəqibin kapitanı Qaret Beyllə formasını dəyişməsinə də aydınlıq gətirib. O, təklifin İspaniyanın “Real Madrid” komandasının hücumçusundan gəldiyini vurğulayıb: “Beyl mənə yaxınlaşdı, çıxışımızı təriflədi və formalarımızı dəyişmək istəyib-istəməməyimi soruşdu”.
Nazarov millinin bu gün Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyun haqda da danışıb: “Dövlət himni səslənəndə, tüklərim biz-biz olur. Çətin oyun olacaq. İkinci divizion oyunçusu olaraq Luka Modriç və ya İvan Perişiç ilə nə vaxt qarşılaşırsan ki?”
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
“Beyl “Santiaqo Bernabeu” ilə gözəl şəkildə vidalaşmalıdır” - Ançelotti
Beyl Azərbaycanla oyuna qədər hazır olacaqmı? - Rayan Giqqz danışdı
Qaret Beyl Çin klubundan təklif aldı
Dmitri Nazarov tarixə düşdü
"Azərbaycan oyunu çətinləşdirdi" - Qaret Beyl
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi
-
"Qızıl top"un qalibi Harri Keyn oldu
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO













Misli Premyer Liqası