reklam
Rafael Ağayev finala yüksəldi
Sportfm.az xəbər saytı

Rafael Ağayev finala yüksəldi


Azərbaycan karateçisi Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda keçirilən Karate1 Premyer Liqa turnirində finala yüksəlib.

Sportfm.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşli rəqiblərini məğlub edib. Ağayev yarımfinalda ukraynalı idmançıdan da üstün olub. 

Bazar günü həlledici görüşdə rəqib, həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.

Yarışın ilk günü ölkənin daha 3 idmançısı mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub. 

Oxşar xəbərlər

Ağayev beynəlxalq turnirdə iştirak edəcək - Karate1 Premyer Liqa
Rafael Ağayev Tokioya yollandı - Medal olacaqmı?
Rafael Ağayev Tokio olimpiadasına lisenziya qazandı
Rafael Ağayev bürünc medal üçün döyüşəcək
Rafael Ağayev qanlar içində finala yüksəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər