reklam
Futbolçu bir qola görə avtomobil qazandı -
Sportfm.az xəbər saytı

Futbolçu bir qola görə avtomobil qazandı -FOTO


Rusiya Premyer Liqasında çıxış edən "Axmat"ın futbolçusu Bernard Berişa avtomobillə mükafatlandırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun prezidenti Maqomed Daudov "İnstagram" səhifəsindən açıqlama verib.
O, bildirib ki, Rusiya Premyer Liqasının "Tambov"la oyunundan (1:1) sonra qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qola imza atan Berişa klubun əsas sponsoru, Çeçenistanın keçmiş Prezidenti Əhməd Kadırovun adını daşıyan fond tərəfindən avtomobillə mükafatlandırılıb.
Qeyd edək ki, Kosovo millisinin üzvü olan Berişa 2017-ci ildən "Axmat"ın şərəfini qoruyur.

Oxşar xəbərlər

18 yaşında oğlunu prezident təyin etdi
Türkiyə yenə xal itirdi - Millətlər Liqası
Kosovo Bakıya gətirəcəyi heyəti açıqladı - SİYAHI
"Latsio"nun futbolçusu millimizə qarşı oynamayacaq - Dəqiqləşdi
"Neftçi"də yetişdi, "Qarabağ"da kapitan oldu, Almaniya klubunda qol vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər