reklam
FIFA İcraiyyə Komitəsinin sabiq üzvü vəfat etdi
Sportfm.az xəbər saytı

FIFA İcraiyyə Komitəsinin sabiq üzvü vəfat etdi


FIFA-nın korrupsiya iddiasına görə həbs olunan Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) sabiq prezidenti Nikola Leos vəfat edib.

Sportfm.az xəbər verir ki, əvvəllər FIFA İcraiyyə Komitəsinin üzvü olan funksioner 91 yaşında dünyasını dəyişib.O, Paraqvayın paytaxtı Asunsyonda ev dustaqlığında idi.

Qeyd edək ki, Leos 2015-ci ilin mayında İsveçrənin Sürix şəhərində korrupsiya ittihamı ilə həbs edilib. Daha sonra məlum olub ki, Leos xələfi Euxenio Fiqeredo ilə müəyyən səbəblərdən üçüncü şəxslərə 140 milyon dollar ödəyib. O, 1986-cı ildən 2013-cü ilədək CONMEBOL-un rəhbəri olub. 

Oxşar xəbərlər

Korrupsiya işinin həlli üçün 80 milyon ayrıldı - FIFA
FIFA-da rüşvət iddiası
FİFA komitəsinin keçmiş üzvünə ömürlük diskvalifikasiya
Futbol Federasiyasının prezidenti FIFA Şurasından qovuldu
UEFA-nın sabiq prezidenti dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər