reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"in baş məşqçisi: "Hazırlıqları hələ ki, o səviyyədə deyil"


"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Bakı toplanışını dəyərləndirib. 

Sportfm.az xəbər verir ki, “Kəpəz” Bakıda keçirdiyi 10 günlük təlim-məşq toplanışını başa vuraraq Gəncəyə qayıdıb. Komandanın baş məşqçisi Yaşar Vahabzadə paytaxtdakı hazırlıqla bağlı klubun mətbuat xidmətinə açıqlama verib: “Bakı toplanışını yaxşı dəyərləndirirəm. Vaxtın az olmasına baxmayaraq uşaqlar çalışırdılar ki, verilən tapşırıqları lazımı qaydada yerinə yetirsinlər. Gündə iki məşq etdik. Qısa vaxtda iki yoxlama oyunu keçirdik. Çempionatla bağlı məşqlərə gec başladıq. Hər şey normaldır. Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək. Oyunçular deyilənləri layiqincə icra etməyə səy göstərirlər, çalışqanlıqlarına söz ola bilməz. Komandaya yeni futbolçular cəlb etmişik. Onlar boşluqları doldurmalıdırlar. Yoldaşlıq görüşlərində pis təsir bağışlamalıdılar. Düzdü, hazırlıqları hələ ki, o səviyyədə deyil. Kollektivə gec qoşulublar. Müəyyən vaxt lazımdı. Fiziki cəhətdən artırmalıdırlar. Yavaş-yavaş bunu da aradan qaldırmağa çalışacağıq”.

Oxşar xəbərlər

"Kəpəz" Yaşar Vahabzadəni istefaya göndərdi - RƏSMİ
"Kəpəz" Yaşar Vahabzadə ilə davam edəcək - Daha 1 il
Yaşar Vahabzadə "Kəpəz"də qalır - RƏSMİ
Yaşar Vahabzadə Gəncədə qalır
"Yaxşı oyun olan yerdə nəticə də olur" - Yaşar Vahabzadə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər