reklam
Azərbaycan millisi Sloveniyanı məğlub etdi
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Sloveniyanı məğlub etdi


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. 

Sportfm.az xəbər verir ki, Sloveniyada Avropa çempionatına hazırlaşan komandamız yerli yığma ilə üz-üzə gəlib. 

Görüş Covanni Kapraranın yetirmələrinin qələbəsi ilə başa çatıb. Millimiz rəqibini 3:0 (25:22, 25:19, 25:20) hesabı ilə məğlub edib. 

Daha bir sınaq matçı keçirməyi planlaşdıran voleybolçularımız avqustun 21-də Avropa çempionatı üçün Macarıstanın paytaxtı Budapeştə yollanacaqlar. 

Qeyd edək ki, italiyalı Covanni Kapraranın baş məşqçisi olduğu Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər.

Oxşar xəbərlər

Millimiz Macarıstanla üz-üzə - YENİLƏNİR
Hollandiya qarşısında tab gətirmədik
Millimiz Hollandiya yığması ilə qarşılaşacaq
Avropa çempionatına qələbə ilə başladıq
Azərbaycan millisi Macarıstana yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər