reklam
Çabalala karyerasını Azərbaycanda davam etdirəcək
Sportfm.az xəbər saytı

Çabalala karyerasını Azərbaycanda davam etdirəcək


Cənubi Afrika Respublikası millisinin üzvü Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarından biri ilə danışıqlar aparır. Çabalala daha iki il futbol oynayıb, karyerasını başa vurmaq fikrindədir.

Futbolçunun agenti hazırda Azərbaycandadır və danışıqlar aparır. Ötən mövsüm "Ərzurumspor"da çıxış etmiş futbolçunun müqaviləsi uzadılmayıb. 

Çabalala 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının açılış matçında ilk qolun müəllifi kimi tarixə düşüb.

Xəbərdə Hendrik Eksteynin "Sabah"da çıxış etdiyi, Dino Ndlovunun "Qarabağ"da parlaq karyera yaşadığı qeyd olunub. 

Çabalala 2007-2018-ci illərdə ölkəsinin "Kayzer Çifs" klubunda 209 oyuna 34 qol vurub. O, ötən mövsüm "Ərzurumspor"da 17 oyun keçirib.

Oxşar xəbərlər

Portuqaliya klubunun futbolçusu Azərbaycana gəlir
Jano Ananidze Azərbaycana gəlir? - Transfer
Hendrik niyə "Sabah"ı seçdi? - Məlum oldu
Afrikalı futbolçu "Sabah"da
Afrikalı futbolçu Azərbaycan klubundan təklif aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər