Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futvolley üzrə beynəlxalq turnirdə qaliblər müəyyənləşdi -FOTO
Avqustun 4-də Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib.
Sportfm.az xəbər verir ki, turnirdə üçüncü yer uğrunda görüşdə Azərbaycan və Rusiya komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Rusiya 2:1 hesabı ilə qalib gəlib və turnirin bürünc medalına sahib olub.
Finalda isə Rusiyanın ikinci komandası Almaniya və Braziliya futvolleyçilərindən təşkil olunmuş kollektiv ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə üstələyən birləşmiş komanda Bakıda təşkil olunan turnirin qızıl medalını qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 15 ölkədən 30 komanda birincilik uğrunda mübarizə aparır.
Oxşar xəbərlər
Millimiz Moskvadan gümüş medalla qayıdır - Beynəlxalq turnir
Azərbaycan millisi Ukrayna seçməsi ilə qarşılaşıb
Bakıda Dünya Turunun mərhələ yarışı keçiriləcək
Ukrayna yığması Bakıda ən güclü oldu - FOTO
“CEV-EEVZA Satellite” turnirinin qalibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası