“Neftçi” - “Arsenal” oyununun biletləri satışa çıxarıldı
“Neftçi”nin Bakıda Rusiya “Arsenal”ına qarşı keçirəcəyi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri bu gün satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür.
Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.
Qeyd edək ki, avqustun 1-də “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq. “Neftçi” Rusiyada baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Neftçi"nin matçı 5 manata - biletlər satışa çıxarılır
Biletlərin qiymətləri açıqlandı - "Neftçi" - "Olimpiakos"
“Neftçi” – “Bney Yehuda” matçının biletləri satışda
"Neftçi" - "Arsenal" matçının biletləri tükənmək üzrədir
“Neftçi”nin oyununda xüsusi fan-zona olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası