reklam
Messi Argentina yığmasından kənarlaşdırıla bilər
Sportfm.az xəbər saytı

Messi Argentina yığmasından kənarlaşdırıla bilər


İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Argentina millisinin oyunlarından 2 aydan 6 ayadək kənarlaşdırıla bilər.

Sportfm.az xəbər verir ki, səbəb kapitanın Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) tənqid etməsidir. 32 yaşlı hücumçunun işi ilə bağlı qərar gələn həftə qəbul olunacaq.

Daha əvvəl Messi Amerika Kubokunda Çili ilə 3-cü yer uğrunda görüşdə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza və 1500 dollar cəriməyə məruz qalıb. Həmin görüşdə Argentina 2:1 hesabı ilə qalib gəlib.

Braziliyaya 0:2 hesablı məğlubiyyətlə nəticələnən yarımfinal qarşılaşmasından sonra isə o, KONMEBOL-u korrupsiyada ittiham edib. Sonradan təcrübəli forvard sözlərinə görə qurumdan üzr istəyib. 

Oxşar xəbərlər

Messi milliyə çağırıldı - Cəzadan sonra ilk dəfə
Lionel Messinin millidəki cəzası ləğv edildi - Yığmanın matçlarında oynayacaq
Messi diskvalifikasiya olundu
Futbol Federasiyasının prezidenti FIFA Şurasından qovuldu
Messi Argentina millisindən getdi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər