reklam
Sportfm.az xəbər saytı

"Artıq rahatlıqla butslarımı mismardan asa bilərəm"


Romada dünya ulduzlarının iştirakı ilə xeyriyyə qarşılaşması keçirildiyi barədə məlumat vermişdik. Roma Papasının təşəbbüsü ilə keçirilən oyunda Ronaldinyonun komandası Maradonanın komandası ilə qarşılaşıb. Komanda.az xəbər verir ki, oyunda Maradonanın komandasında hazırda karyerasını davam etdirən "Roma"nın əfsanəvi futbolçusu Françesko Totti də çıxış edib. Hücumçu oyundan sonra maraqlı açıqlama verib. O, yerli mətbuata açıqlamasında Maradonayla bir komandada oynadıqdan sonra rahatlıqla butslarını mismardan asa biləcəyini deyib: "Mən Maradonayla bir komandada oynadım. Artıq rahatlıqla butslarımı mismardan asa bilərəm".
Romanın Olimpiya stadionunda keçirilən oyun Ronaldinyonun komandasının qələbəsiylə yekunlaşıb - 4:3. Maradonanın komandasının qollarından birinə Totti imza atıb.

Oxşar xəbərlər

Françesko Totti idman agenti oldu - RƏSMİ
Maradonanın durumu açıqlandı - Müşahidə altında olacaq
Françesko Totti - bir kluba həsr olunan karyera
Ronaldinyo Maradonaya qalib gəldi
Romada meydana çıxacaqlar: Maradona, Totti, Ronaldinyo...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər