reklam
Gürcüstanı “Bakı 2019”da 36 idmançı təmsil edəcək
Sportfm.az xəbər saytı

Gürcüstanı “Bakı 2019”da 36 idmançı təmsil edəcək


Gürcüstanı “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında 6idman növü üzrə 36 idmançı təmsil edəcək.

Sportfm.az xəbər verir ki, gürcü idmançılar üzgüzülük, tenis, velosipedsürmə, atletika, cüdo, sərbəst və Yunan-Roma güləşində yarışacaqlar.

Gürcüstan komandasına ən çox cüdo üzrə idmançılar (15 nəfər), ən az isə üzgüçülük və tennis üzrə idmançılar daxildir. Bu idman növlərində Gürcüstanı hər biri üzrə 3 idmançı təmsil edəcək.

Festivalda iki gürcü hakim də akkreditasiyadan keçib. Bunlar güləş üzrə Mixeil Qrdzelidze və idman gimnastikası üzrə Besarion Qamsaxurdiadır.

Qonşu ölkənin nümayəndə heyətində 11 nəfərdən ibarət rəsmi, inzibati və məşqçi heyət də təmsil olunub.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında Gürcüstanın olimpiada nümayəndə heyətinin bayraqdarı cüdoçu Giqa Tatiaşvili olacaq. 

Oxşar xəbərlər

Paytaxt məktəblisi festivalda I yeri tutdu - FOTO
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başladı
345 media nümayəndəsi bu yarışı işıqlandıracaq
Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
Azərbaycanı Avropa Oyunlarında 80 idmançı təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər