"Hakimlər barədə danışmaq istəmirəm" -Emin Mahmudov
"Səfərdən 3:0 hesablı yaxşı nəticə ilə gəlmişik. Buna rəğmən, oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Moldovanın "Sperantsa" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.
O, "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, futbolda hər şey mümkündür və rəqib sürpriz edə bilər: "Dünən Moldovada "Saburtalo"ya 0:3 hesabı ilə uduzan "Şerif" səfərdə ilk 10 dəqiqədə 3 top vurmuşdu. Diqqətli olmalıyıq. Rəqib düşərgədə yer alanların hakimlərin bizə kömək etmələri ilə bağlı iddialarına gəlincə, bu barədə danışmaq istəmirəm. Hər şey göz qabağında idi".
Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sperantsa" oyunu saat 21:00-da başlanacaq. "Ağ-qaralar" ilk matçda 3:0 hesabı ilə qalib gəliblər.
Oxşar xəbərlər
"Bizi gərgin və maraqlı görüş gözləyir" - Samir Abasov
"Neftçi" 6 qolla qalib gəldi
"Təxribata getmək istəmirəm" - Roberto Bordin
"Neftçi"nin mətbuat konfransının vaxtı açıqlandı
"Neftçi" - "Sperantsa" matçının hakimləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası