reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Türkiyə klubuna qarşı oynayacaq


Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək. 

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” yerli “Boluspor” klubu ilə görüşəcək. 

Bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşan Sənan Qurbanovun yetirmələri toplanış çərçivəsində son sınağına çıxacaq. 

Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq. Bu matçla Bolu toplanışını başa vuracaq komanda vətənə dönəcək. 

Yoxlama oyunu

17 iyul 

17:00. “Boluspor” (Türkiyə) - “Qəbələ” 

Bolu. “Koru” otelinin meydançası

Oxşar xəbərlər

"Qəbələ" Rumıniya klubuna qarşı - Yoxlama oyunu
"Qəbələ" Super Liqa klubuna qarşı - Yoxlama oyunu
"Qəbələ" 3-cü sınağında
"Qəbələ" Türkiyə klubuna qalib gəldi
"Qəbələ" "Vorskla"ya 1:3 hesabı ilə uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər