"Qəbələ" 3-cü sınağında
“Qəbələ” mövsümün ikinci yarısına hazırlığını davam etdirir.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 10-cu gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar.
Hazırlıq prosesi günün ilk yarısında gerçəkləşib. Komandanın növbəti yoxlama oyunu öncəsi məşq toplu və topsuz çalışmalardan ibarət olub.
“Qəbələ” yanvarın 22-də növbəti yoxlama oyununu keçirəcək. Yanvarın 12-dən Antalyada hazırlıq keçən “qırmızı-qaralar” 3-cü sınağına çıxacaq. Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək. Oyun “Karvansaray” otelinin meydançasında baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Veliko Tarnovonu təmsil edən “Etar” 1924-cü ildə yaradılıb, 2013-cü ildə yenidən formalaşdırılıb. 1990/91 mövsümündə Bolqarıstan çempionu olan klub hazırda ötən mövsümü yüksək liqada 7-ci pillədə başa vurub. Cari çempionatda 20 oyunda 19 xal toplayan “Etar” qış fasiləsinə 10-cu yerdə yollanıb.
Yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
22 yanvar
“Karvansaray” otelinin meydançası.
Oxşar xəbərlər
"Qəbələ" Türkiyədə son sınağına çıxır
"Qəbələ"nin görüşü qolsuz başa çatdı
"Qəbələ"nin rəqibi dəyişdi
"Qəbələ"dən böyük hesablı qələbə
"Qəbələ" ilə böyük hesablı qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası