reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq


Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Sportfm.az xəbər verir ki, Qurban Qurbanun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən “Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdır.

Qeyd edək ki, “Qarabağ” “Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova “Şerif”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya)

Baş hakim: Dumitru Muntyan

Yan xətt hakimləri: Vladislav Lifçu və Andrey Bodyan

Dördüncü hakim: Aleksandru Tyan (hakimlər briqadası Moldovadandır)

Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)

UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə) 

Oxşar xəbərlər

"Qarabağ" növbəti mərhələdə - Çempionlar Liqası - YENİLƏNİB
"Qarabağ" - "Partizani" matçının hakimləri açıqlandı
"Saburtalo" "Şerif"i darmadağın etdi - Çempionlar Liqası I təsnifat mərhələsi
"Qarabağ"ın cavab matçının vaxtı açıqlandı
"Partizani" - "Qarabağ" matçının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər