reklam
Göz yaşları içində karyerasını başa vurdu -
Sportfm.az xəbər saytı

Göz yaşları içində karyerasını başa vurdu -FOTO


Portuqaliyanın "Benfika" klubunun hücumçusu Jonas Qonsalves Oliveyra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Sportfm.az xəbər verir ki, braziliyalı hücumçu 35 yaşında butslarını mıxdan asmağa qərar verib. "Benfika" futbolçu üçün vida mərasimi təşkil edib. 

Azarkeşlərlə vidalaşan Jonas göz yaşlarını saxlaya bilməyib.

Braziliyanın "Quarani" klubunun yetirməsi olan Jonas "Santos", "Qremio" və "Valensiya" klublarında da çıxış edib. O, "Benfika"da 2014-2019-cu illərdə 183 oyuna 137 qol vurub. Jonas Braziliya millisində 12 oyun keçirib və 3 dəfə rəqib qapıçıları məyus edib. 

Oxşar xəbərlər

"Qəbələ"dən getdi, karyerasını bitirdi - FOTO
"On nömrə" karyerasını bitirdi - FOTO
"Benfika" rəqibinə rəhm etmədi
Braziliya millisinin sabiq futbolçusu karyerasını başa vurdu
Altıntop karyerasını bitirdi - o nə işlə məşğul olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər