"Sabah" fransalı forvard aldı -FOTO
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi Qvineya əsilli fransalı futbolçu Amadu Diallonun keçidini həll edib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Diallo karyerası ərzində "Monako B" (Fransa), "Namur" (Belçika), "Vayt Star" (Belçika), "Serkl Brügge" (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın "Red Star" klubunda çıxış edib. Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.
Qeyd edək ki, bu, "Sabah"ın mövsümlərarası fasilədə 6-cı transferidir. Bakı klubu daha əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Bəhlul Mustafazadəni heyətinə qatıb.
Oxşar xəbərlər
"Klubumuzda hər şeyimiz var" - "Sabah"ın futbolçusu
"Sabah"ın yeni transferlərinin forma nömrələri açıqlandı - FOTO
"Sabah" daha bir legioner transfer etdi - FOTO
Mirzəbəyov paytaxtın digər klubuna keçdi
"Sabah" "Səbail"in hücumçusunu transfer etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası














Misli Premyer Liqası