Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mirzəbəyov paytaxtın digər klubuna keçdi
2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə qatıb.
Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü "Neftçi"də çıxış edən Məhəmməd Mirzəbəyovla anlaşıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Oyunçu karyerası ərzində "Anji" (Rusiya), "Sumqayıt", "İnter" və "Qəbələ"nin də formasını geyinib. Mirzəbəyov Azərbaycan millisində 18 matça çıxıb.
Xatırladaq ki, Məhəmməd Mirzəbəyov "Sabah"ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanılıb. Abışov da son olaraq "Neftçi"də çıxış edib.
Oxşar xəbərlər
"Sabah" daha bir legioner transfer etdi - FOTO
"Sabah" fransalı forvard aldı - FOTO
Ruslan Abışov seçimini etdi - FOTO
Cavid Hüseynov qəsəbə komandasının şərəfini qoruyacaq - FOTO
Kapitan "gəmini tərk etmədi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası