Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Toğrul Əsgərov Avropa Oyunlarında iştirak etməyəcək!
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində dəyişlik edilib.
Sportfm.az xəbər verir ki, Olimpiya çempionu Toğrul Əsgərov sözügedən yarışda iştirak etməyəcək. Buna səbəb isə güləşçinin fiziki hazırlığının yerində olmamasıdır. Əsgərov bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb. Toğrul Əsgərov yığmanın heyətində yer almamasıilə bağlı "Qafqazinfo"ya açıqlamasında bildirib: "Hələ ki, tam formada deyiləm. Ona görə də Avropa oyunlarına gedə bilmirəm".
O qeyd edib ki, hədəfi dünya çempionu olmaqdır: "İstəyirəm ki, ilk olaraq turnirlərdə xalça üzərinə çıxım. Hədəfim dünya çempionatıdır. Tam fiziki hazırlığı bərpa edib orada yaxşı çıxış etmək və Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirəm”.
26 yaşlı idmançı zədəsindən də danışıb: "Zədəmi sağaltmışam. Yəni heç bir problem yoxdur. İstəyim və arzum var ki, Olimpiya Oyunlarında uğur qazanım”.
Minsk-2019-da Toğrulu Hacımurad Hacıyev (74 kq), Cəbrayılı isə Aleksandr Qostiyev (87 kq) əvəz edəcək.
Oxşar xəbərlər
Olimpiya çempionumuz Dünya Kubokundan imtina etdi - AÇIQLAMA
"Yenidən olimpiya çempionu ola bilərəm" - Toğrul Əsgərov
Azərbaycanın olimpiya çempionu çəki dərəcəsini dəyişdi
Olimpiya çempionumuz dopinqdə "ilişdi"
Toğrul Əsgərov Almaniyaya yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası