reklam
Məşhur futbolçu iyunun 28-də öləcək -
Sportfm.az xəbər saytı

Məşhur futbolçu iyunun 28-də öləcək -FOTO


Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən holland futbolçu Fernando Riksen sosial şəbəkə vasitəsi ilə azarkeşlərə müraciət edib.

Sportfm.az xəbər verir ki, iyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək Riksen evtanaziya ediləcəyi gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: "28 iyun mənim üçün xüsusi gündü. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək".

Qeyd edək ki, 2013-cü ildən bəri xəstəlikdən əziyyət çəkən Riksenin çəkisi son dövrlərdə 38 kiloya qədər düşüb. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxanlar əksər hallarda 5 il ərzində həyatlarını itirir. 42 yaşlı veteran futbolçu karyerası ərzində Hollandiyanın "Fortuna", "Alkmaar", Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. O, 2000-2003-cü illərdə Hollandiya millisində 12 oyun keçirib.

Oxşar xəbərlər

Hollandiya millisinin sabiq futbolçusu dünyasını dəyişdi
Futbolçu ölümə qalib gələ biləcəkmi? - Riksen artıq danışmır
Məşhur idmançı qazandıqlarını satışa çıxardı - Xəstə uşağa görə
Ağır xəstəliyə tutulan futbolçu haqqında film çəkildi - VİDEO
Xərçəng xəstəsi olan futbolçumuz vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər